
Bakı. Trend:
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə
alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Sulavesi
adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Yeraltı
təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat
daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

