
Beyləqan. Trend:
Beyləqanda su kanalında bədbəxt hadisə baş verib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun
Görüş adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, kanala düşən şəxsin qadın olduğu
bildirilir. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat
verilib.
Hazırda qadının tapılması istiqamətində tədbirlər görülür və
hadisənin digər təfərrüatları araşdırılır.

