Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb – Premyer Liqa

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu
keçirilib.

Əvvəlcə meydana “Araz-Naxçıvan” və “İmişli” komandaları
çıxıblar. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşdə hesab
açılmayıb – 0:0.




Digər matçda isə son çempion “Sabah” “Kəpəz”i qəbul edib.
Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutan qarşılaşma
paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları
Coy-Lens Mikels və Ksander Severina vurublar.

Qeyd edək ki, mövsümün açılış matçında “Turan Tovuz” doğma
meydanda “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Turun digər oyunları
avqustun 16-17-də keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir