Rusiya Kiyevə zərbə endirdi, iki nəfər yaralandı 

Baş səhifə

Avqustun 16-na keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyevə ballistik raketlər və dronlarla hücum edib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

Bundan başqa, paytaxtın Obolon rayonunda kitab bazarının ərazisində genişmiqyaslı yanğın baş verib. Həmçinin Kiyevin Qoloseyev rayonunda qeyri-yaşayış binasında yanğın olub və daha sonra lokallaşdırılıb.

Bundan əlavə, Krivoy Roqda Rusiya ordusunun sənaye müəssisələrinə endirdiyi zərbələr nəticəsində 13 nəfər xəsarət alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir