“Qafqazinfo” 16 yaşını qeyd edir

Baş səhifə

“Qafqazinfo” xəbər portalının yaranmasından 16 il ötür.

Modern.az xəbər verir ki, 2010-cu il avqustun 16-da fəaliyyətə başlamış “Qafqazinfo” hazırda 30-dan çox əməkdaşla fəaliyyətini davam etdirir.

Portalın əməkdaşları həm paytaxtda, həm də regionlarda xəbər toplayır, onları dəqiqləşdirib oxucuların ixtiyarına verirlər. Saytda Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.

Modern.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir