
Bakı. Trend:
Rumıniyanın Ukrayna və Moldova sərhədləri yaxınlığındakı hava
məkanına daxil olan pilotsuz uçuş aparatı bu gün NATO missiyası
çərçivəsində ölkədə xidmət aparan İspaniyaya məxsus qırıcı təyyarə
tərəfindən vurulub.
Bu barədə Rumıniyanın müdafiə naziri məlumat verib.
Nazirliyin bəyanatına görə, Moldovadan gələn PUA yerli vaxtla
saat 05:01-də F-18 qırıcı təyyarəsi tərəfindən
zərərsizləşdirilib.
Müdafiə Nazirliyi həmçinin Ukrayna sərhədi yaxınlığındakı Qalats
bölgəsinin yaşayış olmayan ərazisinə PUA-nın qalıqlarının düşə
biləcəyini bildirib.
19 milyon əhalisi olan Rumıniya Ukraynadakı müharibənin
nəticələrindən ən çox təsirlənən NATO ölkələrindən birinə çevrilib.
Qara dəniz sahili boyunca uzanan şərq sərhədi Rusiyanın mütəmadi
zərbələr endirdiyi ərazilərə yaxın yerləşir.
NATO-nun şərq cinahında yerləşən digər ölkələr, o cümlədən Polşa
və Baltik dövlətləri də dəfələrlə hava məkanlarının pozulması
halları ilə üzləşiblər.
Cümə günü NATO Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş
aparatının İtaliyaya məxsus qırıcı təyyarələr tərəfindən
vurulduğunu açıqlamışdı.

