Abdellah Zubir “Qarabağ”ı tərk edib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” futbolçusu Abdellah Zubirlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.




“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən,
etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün
təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”, – deyə
paylaşımda bildirilir.

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını
geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79
qol vurub və 96 məhsuldar ötürmə edib.

Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam
etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir