Флаг чемпионата мира по художественной гимнастике передали Азербайджану – ФОТО

Baş səhifə

Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya
çempionatının bağlanış mərasimi baş tutub.

İdman.Biz bildirir ki, mərasimdə Dünya
Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya
Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya
çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə
təqdim olunub.

Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya
çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda
keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.




Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü
Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri
proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona
görə bu mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması
baxımından daha vacib mərhələlərdən biridir.

Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi
etməklə, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul
etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir