Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

Baş səhifə

Bakı. Trend:

Misir Prezidenti Prezidenti Əbdülfəttah əs-Sisi Əl-Alameyn
şəhərində Qəzza və digər regional böhranları müzakirə etmək ABŞ
Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner ilə danışıqlar
aparıb.

Bu barədə xarici mətbuatda məlumat verilib.

Məlumata əsasən, Kuşnerin Trampın sülh planını müzakirə etmək
üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşəcəyi
planlaşdırılır.




Onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun
Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən
sonraya təsadüf edir.

Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun
Qahirədəki görüşdə Kuşneri müşayiət edəcəyi gözlənilir.

Danışıqlar Qəzzada beynəlxalq koalisiyaya aid hərbi qüvvələrin
yerləşdirilməsi, İsrail qoşunlarının geri çəkilməsi və humanitar
yardımlar üzrə keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir