“Zirə” ilk turda “Şəfa”nı məğlub edib – Premyer Liqa

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir
oyunu keçirilib.

“Zirə” öz meydanında çempionatın debütantı “Şəfa”nı qəbul edib.
Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.




“Zirə”nin heyətində qolları Eren Aydın və İssa Cibrila
vurublar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1
hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə
qalib müəyyənləşməyib – 0:0. Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir