Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu
Ronaldu cari mövsümün sonunda karyerasını başa vuracağını
açıqlayıb.

41 yaşlı portuqaliyalı hücumçu artıq gələcəyi ilə bağlı qərar
verdiyini bildirib.

Təcrübəli forvard deyib ki, bu, onun peşəkar futbolçu
karyerasında sonuncu ilidir: “Bu, yəqin ki, futbolda son ilimdir və
mən böyük bir miras qoymaq istəyirəm. Gələcəyimi tamamilə
planlaşdırmışam”




Qeyd edək ki, Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikanın ev
sahibliyi etdiyi dünya çempionatından sonra Portuqaliya
millisindəki karyerasını bitirib.

Hazırda 976 qolu olan forvard 1000 qol hədəfinə çatmaq istəyir.
Bunun üçün ona cəmi 24 qol lazımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir