Bakıda axşam konsertləri davam edir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Keçən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon
İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt
sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq
hava konsertlərinə start verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, ötən gün yenidən paytaxtın dörd rayonunda
sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət
yerlərindən olan istirahət parklarında axşam konsertləri
keçirilib.

Bu dəfəki konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi”
parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının
yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə
parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat
parkında parklarda təşkil edilib.




Konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları
paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət
məkanlarısırasındadır. Burada insanların asudə vaxtlarını rahat və
mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq
zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu
məkanları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün
ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və
yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq
alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və
istirahət ünvanına çevrilib.

Peşəkar və gənc ifaçıların, musiqi qruplarının bir araya gəldiyi
konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də
müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar,
canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan
sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla
qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş
qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında
rəqs ediblər.

Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir