
Bakı. Trend:
Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin
Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer
kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən
tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər
hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun
28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq.
Maksimum tutulma saat 08:12:53-də olacaq. Qismən tutulma saat
09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa
çatacaq.
Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək.
Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir
hissəsini səhər saat 05:23-dən 05:55-ə – Ay batana qədər müşahidə
etmək mümkün olacaq.

