İran özünü qalib elan edib

Baş səhifə

Bakı.Trend:

İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə
ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri
məqsədlərdən heç birinə nail olmayıblar.

Bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf
bildirib.

“Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də
siyasi baxımdan həqiqətən qalib gəlmişik”, – deyə o bildirib.




Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən
danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi
anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas
tutur ki, ABŞ və İsrail münaqişənin əvvəlində qarşılarına
qoyduqları məqsədlərə nail ola bilməyiblər.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir