İspaniyada yüzlərlə mərakeşli miqrant etiraz aksiyası keçirir

Baş səhifə

Bakı.Trend:

Mərakeşdən olan yüzlərlə miqrant İspaniyanın Seuta şəhərində
etiraz aksiyası keçirib və şəhərdə qalmağa icazə verilməsini tələb
edib.

Bu barədə “Reuters” məlumat yayıb.




Miqrantlar əllərində İspaniya bayraqları və “Mərakeşə qayıtmaq
istəmirik”, “Biz də insanıq” yazılmış plakatlarla küçələrə
çıxıblar. Onların çoxu hazırda kontinental Avropaya keçmək imkanı
gözləyərək çimərliklərdə və şəhərkənarı ərazilərdə yaşayır.

İspaniya hakimiyyəti bildirir ki, qanunsuz yollarla gələn
şəxslərə olduqca nadi istisna hallarında Seutada qalmağa və ya
materikə keçməyə icazə verilməyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir