
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə
əlaqə saxladığını bildirib.
O, bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
Bundan əvvəl ABŞ-nin “Axios” portalı mənbələrə istinadən Ağ Ev
ilə SEPAH rəhbərliyi arasında qeyri-rəsmi əlaqə kanallarının
mövcudluğu barədə məlumat yaymışdı.
“Fox”a müsahibəsində Ağ Evin rəhbəri eyni zamanda Omanı xəbərdar
edib. O bildirib ki, ABŞ İrana dair münaqişənin nizamlanmasına mane
olacağı təqdirdə Omana zərbələr endiriləcək
“Əgər Oman qarşımızı kəsərsə, onları yerlə-yeksan edəcəyik”, –
deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

