200-dən çox düşmən təyyarəsini vurmuşuq – SEPAH

Baş səhifə

Bakı.Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müharibə
başlayandan bəri 200-dən çox “düşmən təyyarəsinin” vurduğunu iddia
edib.

Bu barədə SEPAH baş komandanının müavini, general-mayor Mostafa
İzadi açıqlamasında qeyd edib.

İzadi münaqişəni “hibrid müharibə” kimi xarakterizə edib və
bildirib ki, İranın düşmənləri həm daxildə, həm də hərbi
əməliyyatlar vasitəsilə ölkədə sabitliyi pozmağa çalışıblar.




İzadi həmçinin münaqişənin İranın siyasi sistemini zəiflətdiyi
və ya ölkənin parçalanmasına səbəb olduğu barədə fikirləri rədd
edib.

“İran İslam Respublikası nəinki parçalanmadı, İslam sistemi
nəinki zəifləmədi, əksinə, İslam Respublikası İranda əvvəlkindən
daha güclü və daha əzmkar olduğunu nümayiş etdirdi”, – deyə o əlavə
edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir