
Bakı. Trend:
Bu ilin yanvar-iyulaylarında Azərbaycanda 1 881 ədəd minik
avtomobili istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstəriciyə
nisbətən 411 ədəd və ya 17,9% azdır.
Cari ilin avqustun 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı
128 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 511 ədəd yük avtomobili
istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyul aylarındakı
göstərici ilə müqayisədə 321 ədəd və yaxud 2,7 dəfə çoxdur.
Bu ilin avqustun 1-nə ölkədə hazır yük avtomobili ehtiyatı 40
ədəd təşkil edib.
Bundan başqa, bu ilin ilk yeddi ayında Azərbaycanda 220 ədəd
avtobus istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki
göstəriciyə nisbətən 64,2% çoxdur.
Dövr ərzində ölkədə hazır avtobus ehtiyatı 28 ədəd təşkil
edib.
Qeyd edək ki, ölkədə maşın və avadanlıqların, avtomobil, qoşqu
və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-iyul
aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və
yarımqoşquların istehsalı 88,4 faiz artıb, maşın və avadanlıqların
istehsalı isə 73,5 faiz azalıb.

