
Bakı. Trend:
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin
ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqram Azərbaycan və Gürcüstan arasında
hökumətlərarası əməkdaşlıq çərçivəsində əldə edilmiş razılaşmaya
əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində
fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli
Mərkəzi (TPDC) tərəfindən hazırlanıb.
“Cari ilin 17-24 avqust tarixlərində təlim proqramında və
kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif
müəllimləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://tinyurl.com/5ysptat3“, –
deyə məlumatda qeyd edilib.

