
Bakı. Trend:
Türkiyənin Kayseri şəhərinin Talas rayonunda kişi mübahisə
etdiyi qadını hotelin 5-ci mərtəbəsindən ataraq öldürüb.
Türkiyə mediasının yaydığı məlumata görə, hadisə Mevlana
məhəlləsində, Karasu küçəsində yerləşən 14 mərtəbəli hoteldə baş
verib.
Məlumata görə, 30 yaşlı N.C.Ş. ilə 28 yaşlı Selin Gökhan
arasında hotel otağında hələlik məlum olmayan səbəbdən mübahisə
yaranıb. Mübahisənin davaya çevrilməsindən sonra N.C.Ş. qadını 5-ci
mərtəbədən aşağı atıb. Selin Gökhan ara mərtəbələrdən birinin
üzərinə düşüb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürən
briqadalar cəlb olunub. Tibb əməkdaşlarının müayinəsi zamanı
qadının öldüyü müəyyənləşdirilib.
N.C.Ş. polis tərəfindən saxlanılıb. Hotel otağında və hadisə
yerində araşdırma aparılıb.
Selin Gökhanın meyiti ekspertiza üçün morqa göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.

