Bərdədə üç avtomobil toqquşub, yaralananlar var

Baş səhifə

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan üç avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Yaralıların tibbi yardım üçün xəstəxanaya aparıldığı qeyd olunur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Qəzanın başvermə səbəbləri və yaralıların dəqiq sayı araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir