
Jurnalist Ədalət İsmayılov vəfat edib
Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat yayıblar.
Ə.İsmayılov əvvəllər BBC-nin Bakı ofisində, “Kaspiy” qəzetində və digər mətbu orqanlarda çalışıb. O, şair Mədəd Coşqunun oğludur.
Ədalət Mədəd oğlu İsmayılov 1968-ci ildə Borçalıda, Başkeçiddə (Dmanisi) doğulub.
Onun bacısı Sədaqət İsmayılova da əvvəllər BBC-nin Bakı ofisində çalışıb və xərçəngdən dünyasını dəyişib.
Allah rəhmət eləsin!

