
Bakı. Trend:
“Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət Mədətoğlu vəfat
edib.
Bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
məlumat yayıb.
Bildirilib ki, Ədalət Mədətoğlu 2026-cı il avqustun 17-də
dünyasını dəyişib.
Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi
şəhərində ziyalı ailəsində anadan olub. O, 1990-1996-cı illərdə
A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.
Tələbəlik illərindən jurnalistikaya maraq göstərən Ədalət
Mədətoğlu müxtəlif dövrlərdə “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”,
“New Baku Post”, BBC radiosu və digər media qurumlarında çalışıb.
O, eyni zamanda bədii yaradıcılıqla məşğul olub və bir neçə kitabın
müəllifidir.
Ədalət Mədətoğlu 2019-cu ildən Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru
vəzifəsində çalışırdı.

