70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak
etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, abituriyentlər
və subbakalavrlar avqustun 19-u saat 23:59-dək qəbul olmaq
istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron
ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiq
etməlidirlər. Avqustun 18-i saat 10:00-a olan məlumata əsasən, 70
min 519 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqəyə
yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.




Müsabiqədə iştirak edənlər ixtisas seçimi ilə bağlı
“Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin
doldurulması və təsdiq edilməsi qaydaları, müsabiqə şərtləri və
ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlərlə bağlı
ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə
müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil
müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə,
həmçinin müəyyən edilmiş tarixlərdə 50-dən çox bölgədə rayon təhsil
sektorlarında fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir