Ötən gün axtarışda olan 101 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 17-də Azərbaycanda polis əməkdaşları tərəfindən
keçirilən tədbirlər nəticəsində axtarışda olan 101 nəfər
saxlanılıb, itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər
tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, avqustun 17-də ölkə ərazisində qeydə alınmış 43,
əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması polis
əməkdaşları tərəfindən təmin edilib.

Axtarışda olduğuna görə ümumilikdə 101 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib. Dələduzluğa görə axtarışda olan 6 nəfər də
keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa
təhvil verilib.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları
ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 10
nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.




Gün ərzində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən
edilib.

Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı
rayonlarında 1 avtomat silahı, 10 tüfəng və 2 patron aşkar edərək
götürüblər.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 49 nəfər
saxlanılıb.

DİN qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək
götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlərin davam
etdirildiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir