Nüfuzlu jurnalda yenilənmiş 100 manat barədə məqalə dərc edilib

Baş səhifə

Bakı. Trend:

Nağd pul və valyuta sahəsinin nüfuzlu nəşrlərindən hesab edilən
“Currency News” jurnalının iyul sayında Azərbaycanın yenilənmiş 100
manatlıq pul nişanına həsr olunan məqalə dərc edilib.

“Azərbaycanın yenilənmiş 100 manatı: iqtisadiyyat və inkişafın
milli ifadəsi” sərlövhəli məqalədə yeni pul nişanının dizaynı,
konsepsiyası və müasir mühafizə elementləri barədə ətraflı məlumat
verilib.

Nəşr qeyd edir ki, “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində
hazırlanan 100 manatlıq pul nişanının əsas mövzusu “İqtisadiyyat və
inkişaf”dır. Kağız pul nişanının bədii tərtibatında Azərbaycanın
iqtisadi inkişafı, texnoloji tərəqqisi, qlobal iqtisadiyyata
inteqrasiyası əks etdirilib.

Məqalədə yenilənmiş 100 manatlıq pul nişanında qabaqcıl mühafizə
texnologiyalarının tətbiqinə də xüsusi diqqət ayrılıb. Bildirilir
ki, yeni dizaynda saxtalaşdırmaya qarşı mühafizənin gücləndirilməsi
məqsədilə müasir təhlükəsizlik elementlərindən istifadə olunub.

Mərkəzi Bankın Baş direktoru Rəşad Məmmədov “Currency News”a
açıqlamasında milli valyutanın davamlı təkmilləşdirilməsinə xüsusi
önəm verildiyini bildirib.

“Qabaqcıl mühafizə texnologiyaları və müasir dizayn həllərinin
tətbiqi ilə yenilənmiş 100 manatlıq milli pul nişanlarının müasir
vizual kimliyinin gücləndirilməsinə sadiqliyimizi əks etdirir”, –
deyə Rəşad Məmmədov qeyd edib.




Xatırladaq ki, yeni dizayna və beynəlxalq təcrübədə mövcud olan
ən son mühafizə elementlərinə malik 100 manatlıq kağız pul
nişanının yenilənmiş versiyası 15 iyul 2026-cı il tarixindən
etibarən tədavülə buraxılıb. Yenilənmiş 100 manatın üzərində
Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir