Bu il 15 qadın məişət zorakılığı zamanı öldürülüb – RƏSMİ

Baş səhifə

2026-cı ilin yanvar–iyun ayları ərzində qeydə alınmış cinayətlər nəticəsində 9925 nəfər zərərçəkənin 722 nəfəri və ya 7,3 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 3,7 faiz azallb ki, onların da 84,2 faizini qadınlar, 1,1 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin birinci yarısında bu cinayətlər nəticəsində ölənlərin sayı 4,3 faiz azalaraq, 22 nəfər (onlardan 15-i qadınlar) olub. 

A.Qorxmaz

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir