
Bakı. Trend:
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in
məlumatına görə, hadisə avqustun 18-də saat 01 radələrində rayonun
Xatınlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, sürücülük hüququ olmayan Səid Həziyev idarə etdiyi
“VAZ-2107” markalı avtomobilə nəzarəti itirib və nəqliyyat vasitəsi
yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində Səid Həziyev aldığı xəsarətlərdən hadisə
yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

