Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 şəhid avqustun
21-də dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası məlumat yayıb.




Məlumata əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən,
sonradan nəşləri tapılaraq şəxsiyyətləri müəyyən edilən Məmmədov
Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif
Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl
oğlu avqustun 21-də torpağa tapşırılacaq.

Çümşüd Məmmədov Laçın şəhəri Şəhidlər xiyabanında, Sərdar
İsmayılov Neftçala rayonu Astanli kənd qəbristanlığında, Vaqif
Məhərrəmov Neftçala şəhəri Şəhidlər xiyabanında, Mürşüd Nərimanov
İmişli rayonu Məzrəli kənd qəbristanlığında, Akif Qurbanov isə
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında
dəfn ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir