Cəlilabadda yol qəzası olub, sürücü ölüb

Baş səhifə

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.

Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yolun kənarına çıxıb.

Hadisə nəticəsində Sakit Abdinov ölüb. Qəzadan öncə sürücünün qəfil ürəyinin tutduğu ehtimal olunur.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir