
İranın neft satışından əldə etdiyi 7,5 mlrd. dollar Mərkəzi Bankın sərəncamına verilib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin ilk dörd ayında İranın neft satışından əldə etdiyi 7,5 milyard dollar məbləğində valyuta vəsaiti ölkənin Mərkəzi Bankının təqdim olunub.
Qeyd edilib ki, bu məbləğ ötən ilin eyni dövründə qeydə alınan göstərici ilə müqayisədə 1,5 dəfə çoxdur.
Agentliyin İran Neft Nazirliyindən əldə etdiyi məlumata görə, ilin ilk dörd ayında əldə olunan neft gəlirləri İran hökumətinin cari ilin sonuna qədər bütün valyuta xərclərini qarşılamağa kifayət edəcək.

