Ukraynada yeni müdafiə naziri təsdiqləndi

Baş səhifə

Ukrayna Ali Radası Prezident Vololdimir Zelenskinin Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimatını dəstəkləyib.

Modern.az xəbər verir ki, qərarın lehinə 312 deputat səs verib.

Ukrayna Ali Radasının deputatlarının dəstəklədiyi qərarla Yevgeni Xmara ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.

“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya “Telegram” kanalında bildirib ki, Yevgeni Xmara Ukrayna uğrunda dəfələrlə həyatını riskə atan döyüşçü zabitdir.
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir