Ermənistan Azərbaycanla ticarəti bərpa etməyi planlaşdırır 

Baş səhifə

Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur.

Modern.az xəbər verir ki, bu barədə 2026–2031-ci illər üzrə hökumət proqramının layihəsində qeyd olunub.

Sənəddə bildirilir ki, Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması yönündə sazişin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin vətəndaş cəmiyyətləri və biznes dairələri arasında təmasların, eləcə də ikitərəfli ticarətin intensivləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir