“PAŞA Sığorta” əmlaka dəyən zərərə görə 51 min manatdan çox ödəniş edib

Baş səhifə

“PAŞA Sığorta” şirkəti 3 əmlak sığortası hadisəsi üzrə
müştərilərinə ümumilikdə 51.259 ₼ məbləğində
ödəniş edib. Hadisələrin birində güclü külək nəticəsində hündür
mərtəbəli binanın döşəmədən tavana qədər olan böyük şüşəsi
çatlamışdır. Baş vermiş hadisə nəticəsində 20.827
₼-lıq
zərər qarşılanmışdır. Digər hadisə isə dövlət
müəssisəsinin bölgədə yerləşən ehtiyat mərkəzində yaşanıb. Həssas
cihazının zədələnməsi 15.600 ₼ məbləğdə zərərə
səbəb olmuşdur. Üçüncü hadisədə isə evdə baş vermiş yanğın
nəticəsində yaranmış 14.832 ₼-lıq zərər də şirkət
tərəfindən ödənilib.

Gördüyünüz kimi əmlaka qayğı yalnız texniki baxış və
təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır. Gözlənilməz
hadisələrə qarşı əvvəlcədən maliyyə hazırlığı da vacibdir. Əmlakın
sığortalanması belə hallarda yaranan böyük və planlaşdırılmamış
xərclərin qarşılanmasına kömək edə bilər.




Evinizi və ya digər əmlakınızı sığortalamaq çox asandır. Sadəcə
“PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINA və ya rəsmi Instagram səhifəsinə müraciət edin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir