İşdən qanunsuz çıxarılmış 63 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib

Baş səhifə

Bakı. Trend:

Yanvar-iyul ayları ərzində işdən qanunsuz çıxarılmış 63 nəfər
isə əvvəlki işlərinə bərpa etdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində
işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456049
manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən
edib.




Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər
tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9
faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət
olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi
Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri
pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində
həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir