
Bakı. Trend:
Avqustun 19-da Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil
poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər
prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə
və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi
ekspertizası təyin olunub, habelə hadisənin hallarının
müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər
icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət
veriləcəkdir.

