Ötən gün 114 axtarışda olan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 19-da Azərbaycanda axtarışda olan 114 nəfər polis
əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 44, əvvəlki
dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Cinayət
törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Axtarışda olan şəxslərdən 92-si borclu şəxs qismində
axtarılanlar olub. Bundan başqa, dələduzluğa görə axtarışda olan 8
nəfər saxlanılaraq istintaqa təhvil verilib.




Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə
üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə
görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq
aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,6
kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxtda və
respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 9
tüfəng aşkar olunaraq götürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir