Şəmkirdə 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən ölüb

Baş səhifə

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir