
Bakı. Trend:
Bakının Xətai rayonunda hotellərin birində iş yoldaşını
bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Manafovun cinayət
işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, Seymur Manafov 11,5 il müddətinə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

