
Bakı. Trend:
Peruda 6,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Korakora
şəhərindən 50 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 73
kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, həmçinin
dağıntılar barədə məlumat daxil olmayıb.

