Serbiya Prezidenti parlament seçkilərinin keçirilmə tarixini açıqladı

Baş səhifə

Bakı. Trend:

Serbiya prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament
seçkilərinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini
açıqlayıb.

Bu barədə Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının
efirində bildirib.




“Hazırkı vəziyyətə görə, parlament seçkiləri Serbiyada ya
oktyabrın 18-də, ya da 25-də keçiriləcək”, – deyə o bildirib.

Bundan əvvəl Serbiya prezidenti parlament seçkilərinin 2026-cı
ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini açıqlamışdı. A.
Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının qələbə qazanacağına ümid
edir və bu halda baş nazir vəzifəsini tuta bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir