Qızılın qiyməti 29 maydan bəri ilk dəfə 4 600 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl
fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya
unsiyası üçün 4 600 dolları ötüb.

Bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, qızılın qiyməti
1,21 faiz artaraq troya unsiyası üçün 4 600,3 dollara çatıb.




Bakı vaxtı ilə saat 05:45-də fyuçerslərin bahalaşması zəifləyib
və qiymət troya unsiyası üçün 4 583,5 dollar təşkil edib (0,84 faiz
artım).

Eyni vaxtda cari ilin sentyabr ayında tədarükü nəzərdə tutulan
gümüş fyuçerslərinin qiyməti 0,57% artaraq troya unsiyası üçün
68,49 dollara yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir