
Bakı. Trend:
Bu gün Ağdaş, Ucar və Göyçay rayonlarının bəzi ərazilərində
elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik enerjisinin
keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının
qarşılanması məqsədilə avqustun 21-də bir sıra 10 kV-luq hava
elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində
saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və
Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi
məhdudlaşdırılacaq.
Ucar Elektrik Şəbəkəsinə daxil olan Alpı, Keçəkənd və Qulabənd
kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək elektrik
enerjisinin verilişində fasilə yaranacaq.
Göyçayın Şəhadət və Qarabağlar kəndlərində isə planlı fasilə
saat 10:00-dan 15:00-dək davam edəcək.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
ediləcək.

