Konqo Milli Komissiyasının rəhbəri tarixi materialların mənşə ölkələrinə qaytarılmasına çağırıb

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasının İnsan Hüquqları üzrə Milli
Komissiyasının sədri Pol Nsapu Mukulu insan qalıqlarının və digər
tarixi materialların onların mənşə ölkələrinə qaytarılmasına
çağırıb.

Trend-in müxbirinin verdiyi məlumata görə, o, bunu Bakıda
keçirilən “Belçika müstəmləkəçiliyinin 101 ili ədalətsizlik və
reparasiyalar uğrunda mübarizə” mövzusunda beynəlxalq konfransda
çıxışı zamanı bildirib.

O qeyd edib ki, Belçika müstəmləkəçiliyi məsələsi tarix
çərçivəsindən çox kənara çıxır və ədalət, insan ləyaqəti və
fundamental hüquqlar məsələlərinə toxunur.

Onun sözlərinə görə, bu gün 21 avqust 1925-ci il hadisələrinin
101-ci ildönümü ilə əlaqədar xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin
hadisələr Ruanda və Konqonun Belçika Konqosu ilə inzibati şəkildə
birləşdirilməsi ilə bağlı olub. Bu addım Belçika müstəmləkələrində
idarəetmə sisteminin formalaşmasında mühüm mərhələ hesab
olunur.

“101-ci ildə biz keçmiş müstəmləkə ərazilərindən olan
mütəxəssislərin beynəlxalq ekspertlərlə yanaşı bu proseslərdə
bərabərhüquqlu iştirakının təmin edilməsinin vacibliyinə, eləcə də
insan qalıqlarının və digər tarixi materialların onların mənşə
ölkələrinə qaytarılması məsələsinə diqqət çəkməyə çalışırıq”, –
deyə Mukulu bildirib.

O, həmçinin qaldırılan məsələlərin dolğun şəkildə müzakirə
olunacağına ümid etdiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir