Xankəndi, Xocalı və Ağdərəyə köçürülən ailələrə evlərin açarları təqdim edilib (YENİLƏNİB) (FOTO)

Baş səhifə

Bakı. Trend:

Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara,
Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun
Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

Bu barədə Trend-in Qarabağ bürosu məlumat verib.

“Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən
36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13
nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4
ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca
kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən
ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən
ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə,
Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51
nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələri iştirak ediblər”, – deyə qeyd edilib.

xxx




06:53

Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarına növbəti köç
karvanları yola salınıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan
qəsəbəsinə 8 ailə – 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5
ailə – 13 nəfər, Xanyurdu kəndinə 4 ailə – 10 nəfər, Xanabad
kəndinə 8 ailə – 31 nəfər, Ballıca kəndinə 3 ailə – 8 nəfər,
Təzəbinə kəndinə 14 ailə – 71 nəfər, Ağdərə rayonunun Kolatağ
kəndinə 12 ailə – 36 nəfər, Həsənriz kəndinə 6 ailə – 30 nəfər,
Aşağı Oratağ kəndinə 12 ailə – 49 nəfər, Çapar kəndinə 15 ailə – 51
nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir