Azərbaycanda dəmiryol keçidlərində 7 ayda 21 hadisə qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli
hadisə qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat
verilib.

Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar
yoluna çıxan sürücü və piyadalar arasında xəsarət alanlar və
həyatını itirənlər olub.




Belə hadisələrin qarşısının alınması məqsədilə ADY tərəfindən
dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin
quraşdırılmasına başlanılıb.

ADY sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol
keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir