
Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə
başlanılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
(MÜTDA) məlumat yayıb.
Bildirilib ki, avqustun 26-dan başlayan müəllimlərin işə qəbulu
üzrə müsabiqənin müsahibə mərhələsi sentyabrın 2-dək davam
edəcək:
“Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları,
psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun
olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə
mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində
müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər”.
Qeyd olunub ki, namizədlər şəxsi səhifələrində qeyd olunan
tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu,
seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin
namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında
iştirakı təmin olunmayacaq.

