Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Baş səhifə

Bakı. Trend:

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19
Avropa çempionatında daha bir medal qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə,
yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60
kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.




Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı
Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub.
Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri
tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir