Liviyada silah anbarında partlayış olub

Baş səhifə

Liviyada silah anbarında partlayış olub.

Modern.az xəbər verir ki, bu barədə “Al-Wasat” portalı məlumat yayıb. Hadisə Misrata şəhərindəki hərbi birləşmələrdən birinə məxsus silah anbarında qeydə alınıb.

Partlayış nəticəsində raket və sursatlar anbar ətrafındakı ərazilərə səpələnib. Hadisənin səbəbləri və mümkün itkilər barədə hələlik məlumat verilmir.

Təhlükəsizlik səbəbindən yaxınlıqdakı yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir