Əməkdar jurnalist Nurani vəfat edib

Baş səhifə

Bakı. Trend:

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat
edib.

Bu barədə jurnalistin yaxınları məlumat veriblər.

T. Qasımova bir neçə il idi onkoloji xəstəlikdən əziyyət
çəkirdi.




Həmkarlarının verdiyi məlumata görə, T. Qasımova (Nurani) bu gün
Köhnə Yasamal qəbiristanlığında dəfn ediləcək. Vida mərasimi “Təzə
Pir” məscidində olacaq.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta
məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə
diplomu ilə bitirib.

Son illərdə Tofiqəxanım Qasımova Minval.az və “Minval Politika”
xəbər portalında redaktor, həmçinin əsas siyasi şərhçilərdən biri
kimi fəaliyyətini davam etdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir